Bakı. Trend:
Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində dəhlizin döşəməsi 6 m² sahədə və tavanı 8 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.