...

Ağstafada mikroavtobus qəzası - Yaralananlar var

Hadisə Materials 7 Oktyabr 2023 09:35 (UTC +04:00)
Ağstafada mikroavtobus qəzası - Yaralananlar var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindəki payında qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus evakuatorla toqquşub.

Qəza nəticəsində mikroavtobusun sərnişinləri- 42 yaşlı Afət Məmmədova və 41 yaşlı Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti