...

Xudafərin kəndi yaxınlığında gizlədilən narkotik aşkarlanıb (FOTO)

Hadisə Materials 3 Noyabr 2023 17:03 (UTC +04:00)
Xudafərin kəndi yaxınlığında gizlədilən narkotik aşkarlanıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabr ayının 2-si İran İslam Respublikasının sərhəd nümayəndəliyinin verdiyi məlumat əsasında müəyyən edilib ki, dövlət sərhəd xətti yaxınlığında, Azərbaycan Respublikası ərazisində narkotik vasitələr gizlədilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Xudafərin kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən həyata keçirilmiş axtarış tədbirləri nəticəsində 4 kiloqram 690 qram narkotik vasitə (4 kq 345 qr marixuana və 0.305 qr metamfetamin) aşkar olunaraq götürülüb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti