...

Balakəndə minik avtomobili traktora çırpıldı, ölən var

Hadisə Materials 4 Noyabr 2023 01:03 (UTC +04:00)
Balakəndə minik avtomobili traktora çırpıldı, ölən var

Bakı. Trend:

Balakən rayonunda minik avtomobili traktorun qoşqusuna çırpılıb. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri isə xəstəxanaya çatdırılıb.

Trend-in məlumatına görə, yol-nəqliyyat hadisəsi axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının Balakənin Katex kəndindən keçən hissəsində baş verib.

29 yaşlı rayon sakini Şaban Çalabovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində sürücü Şaban Çalabov ciddi xəsarət almasa da, onun 28 yaşlı qardaşı Əli Çalabov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Maşındakı digər sərnişin, sürücünün atası 63 yaşlı Rəcəb Çalabov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti