...

Ağdamda bıçaqlanma hadisəsi baş verib

Hadisə Materials 3 Dekabr 2023 02:40 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Baharlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Cavid adlı şəxs eyni ünvanda yaşayan Rasim adlı şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alan şəxs Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Cavid adlı şəxs isə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti