...

Ağcabədidə ferma yanıb (FOTO)

Hadisə Materials 6 Dekabr 2023 15:10 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Ternd:

Ağcabədidə fermada yanğın olub, 80 baş heyvan tələf olub.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Xocavənd kəndində qeydə alınıb. Kənd sakini Mikayıl Abdullayevə məxsus fərdi təsərrüfatda yanğın baş verib.

Hadisə yerinə dərhal FHN-nin Ağcabədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun qarşısı alınaraq yanğın söndürülüb. Hadisə nəticəsində tövlədə olan 80 baş iribuynuzlu heyvan tələf olub. Təsərrüfat sahibinin bildirdiyinə görə təxminən ona 150 min manat ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti