Bakı. Trend:
Yasamalda 3 avtomobilin toqquşması ilə qəza baş verib.
Trend xəbər verir ki, qəza Yasamal rayonu Abbar Mirzə Şərifzadə küçəsində baş verib. Belə ki, “Chevrolet” markalı avtomobili “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra isə “Renault” markalı minik avtomobilinin üstünə çıxıb.
Hadisə nəticəsində ciddi xəsarət alan şəxsin olmadığı bildirilir.