Bakı. Trend:
Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.
Trend xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.