Bakı. Trend:
“Xalqlar dostluğu” stansiyasında 65-70 yaşlar arası kişi
sərnişin ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən,
stansiya yoluna düşüb.
Trend-ə bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin
rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb
və təcili tibbi yardım xidməti dəvət olunub.
“Stansiya işçisi və polis əməkdaşının operativ gördüyü tədbirlər
sayəsində sərnişin stansiya yolundan çıxarılıb, ona ilkin yardım
göstərilib. Təcili tibbi yardım personalı xəsarət almış sərnişinə
ilkin tibbi yardım göstərib. Sərnişin təcili tibbi yardım xidməti
ilə yola salınıb.
Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra, qatar
stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik
tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə
cəmi 5 dəqiqə yubanma qeydə alınıb”, -deyə B.Məmmədov əlavə
edib.