...

Göyçayda toya gələn qonaqlardan ikisi ölüb

Hadisə Materials 17 Fevral 2024 09:45 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb.

Trend xəbər verir ki, rayonun Şahsoltanlı kənd sakini mərasimdə özünü pis hiss edib.

Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə il idi ki, ürək xəstəliyindən müalicə alırdı.

Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan həmkəndlisi, 37 yaşlı Vilayət Məmmədov toydan çıxaraq evə gedib. Özünü pis hiss etdiyi üçün o, xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, o, xəstəxanada vəfat edib. İlkin ehtimala görə, Vilayət Məmmədov ürəktutmasından vəfat edib.

Xəbər lenti

Xəbər lenti