...

Şəmkirdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər saxlanılıb

Hadisə Materials 14 Mart 2024 08:26 (UTC +04:00)

Bakı. Trend:

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə İrandan qeyri-qanuni yolla gətirilmiş narkotiklərin satışını təşkil edən rayon sakini Emin Əliyev saxlanılıb. Onun üzərindən və evindən 5 kiloqramdan artıq heroin aşkar edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ceyhun Sadıqov, Nurlan Məmmədəliyev və Vüsal Abbasov saxlanılıblar. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti