...

Bakıda ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 13 Aprel 2024 07:59 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti