...

Şəmkirdə 2 otaqlı ev yandı

Hadisə Materials 25 May 2024 04:42 (UTC +04:00)
Şəmkirdə 2 otaqlı ev yandı

Bakı. Trend:

Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və bitişik sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti