...

Samuxda 3 ton 100 kq çətənə bitkisi məhv edilib

Hadisə Materials 16 İyun 2024 07:07 (UTC +04:00)

Bakı. Trend:

Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4 950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti