...

Yevlaxda qanunsuz odlu silahı saxlayan və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar (VİDEO)

Hadisə Materials 12 İyul 2024 08:35 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda qanunsuz odlu silahı saxlayan və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mahir Əliyev saxlanılıb. M.Əliyevdən "TT" markalı tapança, 4 ədəd patron və patron darağı aşkar edilib. O, silahı bir müddət əvvəl əldə etdiyi və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Elşən Abbasov da saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti