...

Siyəzəndə yük qatarı relsdən çıxdı, 3 vaqon aşdı

Hadisə Materials 16 İyul 2024 16:22 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Siyəzəndə yük qatarı relsdən çıxıb.

Məsələ barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.

Bildirilib ki, vaqonların yükü taxta materiallarından ibarət olub.

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır", - deyə qurumdan məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti