...

"Ulduz" stansiyasında qatar yoluna düşən sərnişinin vəziyyəti açıqlanıb (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 3 Oktyabr 2024 23:48 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-ə bildirilib ki, dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

xxx

19:33

Metronun "Ulduz" stansiyasında sərnişin qatar yoluna düşüb.

Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb.

"19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub ", - deyə o bildirib.

Onun sözlərinə görə, sərnişin stansiya yolundan çıxarılıb.

"Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb.

Hazırda Yaşıl və Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır", - deyə B.Məmmədov əlavə edib.

Qeyd edək ki, bu gün metronun "28 May" stansiyasında da sərnişin qatar yoluna düşüb. Həmin sərnişin həyatını itirib.

Xəbər lenti

Xəbər lenti