...

Bakıda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Hadisə Materials 21 Fevral 2025 12:47 (UTC +04:00)
Bakıda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 1500 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 62 yaşlı Y.İsmayılov, 23 yaşlı S.Kişiyeva və E.Ələkbərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların işə düzəltmək vədi ilə, eləcə də alqı-satqı saytlarının birində yerləşdirilən məhsula görə beh almaq kimi üsullarla vətəndaşların maddi vəsaitlərini mənimsəməsi məlum olub.

Bundan başqa rayon ərazisində bir qadının bankomatda unutduğu 300 manatını oğurlamaqda şübhəli bilinən 39 yaşlı S.İbrahimovanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti