...

Balakəndə birmərtəbəli ev yanıb

Hadisə Materials 21 Fevral 2025 23:04 (UTC +04:00)
Balakəndə birmərtəbəli ev yanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Balakən rayonunun Katex kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Katex kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konustruksiyaları və ev əşyaları 183 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti