...

Bakıda yaşayış binasında yanğın - İki nəfər təxliyə edildi

Hadisə Materials 28 Fevral 2025 18:19 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın - İki nəfər təxliyə edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri uşaq olmaqla iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti