...

USAİD kimi korrupsiya yuvasının ləğvi İrəvan üçün böyük zərbədir - Deputat

Siyasət Materials 28 Fevral 2025 11:43 (UTC +04:00)
USAİD kimi korrupsiya yuvasının ləğvi İrəvan üçün böyük zərbədir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral tarixli bəyanatı bir daha göstərməkdədir ki, Ermənistan regionda dayanıqlı sülhün tərəfdarı deyil və Paşinyanın normallaşma ilə bağlı bəyanatları sadəcə imitasiyadır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, indi Azərbaycan hərbi siyasi qələbələri ilə elə bir geosiyasi konfiqurasiya yaradıb ki, nə Avropa İttifaqı, nə də onun çirkab yuvasına dönmüş parlament strukturu hansısa bəyanatla regionda nəyisə dəyişə bilməz.

“Əksinə, proseslər göstərir ki, zaman Azərbaycanın lehinə işləyir. Demokratların hakimiyyəti itirməsi ilə Ermənistan artıq okeanın o tayından əvvəlki dəstəyi görmür, yaxud Ermənistanı yeni münaqişəyə təşviq etmək məqsədi ilə son 5 ildə bu ölkəyə yardımlarını 2 dəfə artıran USAİD kimi korrupsiya yuvasının ləğvi İrəvan üçün böyük zərbədir. Və ya yerl yersiz Ermənistana dəstək verən Kanadanın özünün bir dövlət kimi mövcudiyyəti sual altına düşüb, Tramp Kanada Baş nazirini qubernator adlandırır. Yəni görünən odur ki, Avropa İttifaqı strukturları Ermənistanın himayəçisi qismində faktiki olaraq meydanda tək qalıb və bu prosesdə isə Avrostrukturların əsas tərəfdaşı qismində Azərbaycanda antimilli ünsürlər çıxış edir”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti