...

Azərbaycanla Xorvatiya arasında ticarət dövriyyəsi 295 dəfə artıb

İqtisadiyyat Materials 28 Fevral 2025 10:06 (UTC +04:00)
Azərbaycanla Xorvatiya arasında ticarət dövriyyəsi 295 dəfə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Xorvatiya arasında ticarət əməliyyatlarının həcmi 188,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 188,3 milyon ABŞ dolları və ya 295 dəfə çoxdur.

Hesabat dövründə Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,71%-i həcmində olub.

Cari ilin yanvarında Azərbaycandan Xorvatiyaya 188,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. 2024-cü il üzrə isə Azərbaycandan bu ölkəyə ixrac əməliyyatları qeydə alınmamışdı. Hesabat dövrü ərzində Xorvatiyaya ixrac əməliyyatları Azərbaycanın ümumi ixracının 6,19%-ni təşkil edib.

Bu ilin yanvar ayında Xorvatiyadan Azərbaycana 705 min ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 66 min manat və ya 10,3% artım deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar ayında Azərbaycandan Xorvatiyaya 188,2 milyon ABŞ dolları dəyərində 339 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti