...

Mart ayında hava iqlim normasından yüksək olacaq

Cəmiyyət Materials 28 Fevral 2025 14:44 (UTC +04:00)
Mart ayında hava iqlim normasından yüksək olacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mart qışla yaz arasında keçid ayı olduğundan havalar digər aylara nisbətən bu ayda bir qədər qeyri-sabit keçir. İsti havalar üstünlük təşkil etsə də şimal və antisiklonların ardıcıl əraziyə daxil olması bəzən temperaturların kəskin aşağı enməsinə, güclü yağışların yağmasına səbəb olur.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu ilin mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Mart ayının ilk günündə ölkə ərazisində hava şəraitinin yağıntılı və şaxtalı keçəcəyi gözlənilir. Sonrakı günlərdə hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun +6 dərəcədən +8 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu +3 dərəcədən +8 dərəcəyədək, bəzi günlərdə 0 dərəcədən -5 dərəcəyədək dərəcə şaxta, gündüzlər +8 dərəcədən +13 dərəcəyədək, ayın ilk günündə +2 dərəcəyədək isti, bəzi günlərdə +15 dərəcədən +20 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 20-27 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 5 dərəcədən 8 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu -5 dərəcədən -10 dərəcəyədək, bəzi günlərdə +1 dərəcədən +6 dərəcəyədək, gündüzlər +7 dərəcədən +12 dərəcəyədək, bəzi günlərdə +15 dərəcədən +20 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 22-44 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun +2 dərəcədən +5 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu -5 dərəcədən -10 dərəcəyədək, bəzi günlərdə +1 dərəcədən 6 dərəcəyədək, gündüzlər +6 dərəcədən +11 dərəcəyədək, bəzi günlərdə +15 dərəcədən +20 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 36-52 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun +4 dərəcədən +7 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu -5 dərəcədən -10 dərəcəyədək şaxta, bəzi günlərdə 0 dərəcədən +5 dərəcəyədək, gündüzlər +5 dərəcədən +10 dərəcəyədək, bəzi günlərdə +13 dərəcədən +18 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 39-52 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun +6 dərəcədən +8 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu -1 dərəcədən -6 dərəcəyədək , bəzi günlərdə +2 dərəcədən +7 dərəcəyədək, gündüzlər +8 dərəcədən +13 dərəcəyədək, bəzi günlərdə +16 dərəcədən +21 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 19-48 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun +4 dərəcədən +7 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu -3 dərəcədən -8 dərəcəyədək, bəzi günlərdə +2 dərəcədən +7 dərəcəyədək, gündüzlər +7 dərəcədn +12 dərəcəyədək, bəzi günlərdə +15 dərəcədn +20 dərəcəyədək, yüksək dağlıq ərazilərdə gecələr -13 dərəcədən -18 dərəcəyədək, gündüzlər -1 dərəcədən -6 dərəcəyədək, bəzi günlərdə +1 dərəcədən +6 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 23-90 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun +7 dərəcədən +9 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 0 dərəcədən -5 dərəcəyədək, bəzi günlərdə +5 dərəcədən +10 dərəcəyədək, gündüzlər +10 dərəcədən +15 dərəcəyədək, bəzi günlərdə +18 dərəcədən +23 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-45 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun +5 dərəcədən +8 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 0 dərəcədən -4 dərəcəyədək, bəzi günlərdə +3 dərəcədən +8 dərəcəyədək, gündüzlər +8 dərəcədən +13 dərəcəyədək, bəzi günlərdə +15 dərəcədən +20 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10 dərəcəyədək, bəzi günlərdə +2 dərəcədən +7 dərəcəyədək, gündüzlər +7 dərəcədən +12 dərəcəyədək, bəzi günlərdə +15 dərəcədən +19 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 56-112 mm).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti