...

Prezident İlham Əliyev bəzi fərmanlarda edilən dəyişikliyi təsdiqləyib

Siyasət Materials 28 Fevral 2025 13:13 (UTC +04:00)
Prezident İlham Əliyev bəzi fərmanlarda edilən dəyişikliyi təsdiqləyib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli fərmanlarında dəyişiklik edilməsi təsdiqlənib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi üçün möhlət 2 il artırılaraq 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti