Bakı. Trend:
Bərdə şəhəri ərazisində yerləşən “Səməd Vurğun” yarımstansiyasında yenidənqurma işlərinə başlanılır.
Trend-in əldə etdiyi məlumata görə, mövcud 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyasının 110 kV-luq yarımstansiyaya keçirilməklə yenidənqurulması işləri görüləcək.
Belə ki, artıq bununla bağlı bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) müəyyən işləri yekunlaşdırıb.
ASC sözügedən işlərin icrasını “IMA Energy” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 14,1 milyon manat vəsait ödənilib.
Qeyd edək ki, yarımstansiyada yenidənqurma işləri aparacaq “IMA Energy” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan MMC-nin qanuni təmsilçisi Nəsirov Mirzə Faiq oğludur.