...

“Azərpambıq”ın ixrac gəlirləri 2,6 dəfə artıb

İqtisadiyyat Materials 28 Fevral 2025 14:24 (UTC +04:00)
“Azərpambıq”ın ixrac gəlirləri 2,6 dəfə artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixrac gəlirləri 4,2 milyon ABŞ dolları olub.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 2,6 dəfə çoxdur. Belə ki, 2024-cü il yanvar ayında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixrac gəlirləri 1,6 milyon ABŞ dolları idi.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Avia-Aqreqat Zavodu” MMC, “Qaradağ Şüşə Zavodu” ASC.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti