...

Azərbaycan bankları biznes kreditləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər

İqtisadiyyat Materials 28 Fevral 2025 16:57 (UTC +04:00)
Azərbaycan bankları biznes kreditləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan banklar cari ilin birinci rübündə ümumi biznes kreditləri, o cümlədən, MKOS subyektləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin IV rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların risk iştahaları və maliyyələşmə dəyəri olub.

Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2024-cü ilin IV rübündə MKOS və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə tələbdə artım müşahidə edilib. Respondentlər tərəfindən tələbə artırıcı təsir edən amilin biznes subyektləri üzrə dövriyyə kapitalına ehtiyacın olması bildirilib.

Banklardan gələn məlumatlara əsasən, dövriyyə kapitalı ehtiyaclarında artımın əsas səbəbi borcalanların bizneslərini genişləndirməsidir.

2024-cü ilin IV rübü üzrə sorğu nəticələrinə əsasən, mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik olmasa da, KOS subyektləri üzrə kredit standartlarında sərtləşmə müşahidə edililib. Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən mikro və iri sahibkarlıq subyektləri üzrə kredit standartlarında dəyişiklik olmayacağı, KOS subyektləri üzrə isə standartlarda sərtləşmənin davam edəcəyi qənaətindədirlər.

Banklar biznes kreditləri üzrə standartlarda dəyişikliklərin əsasən yuxarı riskli kreditlərə tətbiq olunan marja və kreditlərin maya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.

Bütövlükdə sorğu nəticələri bankların biznes portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti