...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib

Dünya xəbərləri Materials 28 Fevral 2025 02:37 (UTC +04:00)
Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Trend xəbər verir ki, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.

“Mən bunu demişəm? Bunu dediyimə inana bilmirəm", - deyə Tramp əvvəlki ifadələrini təkzib edib.

Qeyd edək ki, fevralın 19-da Tramp özünün “Truth” sosial şəbəkəsində etdiyi paylaşımda Zelenskini “diktator” adlandırıb və onu səsvermə keçirməkdən imtina etməkdə ittiham etmişdi.

Xəbər lenti

Xəbər lenti