...

Azərbaycan xalqı heç zaman müstəqillik və suverenlik arzusundan vaz keçməyib - Komitə sədri

Siyasət Materials 27 Fevral 2025 11:31 (UTC +04:00)
Azərbaycan xalqı heç zaman müstəqillik və suverenlik arzusundan vaz keçməyib - Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı heç zaman müstəqillik və suverenlik arzusundan vaz keçməyib.

Trend xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan hüquq və qanuna, bərabərlik hüququna əməl edərək vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının təminatını beynəlxalq standartlara əməl edərək həyata keçirib:

“Biz bütün fəaliyyətimizdə xalqımızın istəklərinə, dövlətimizin iradəsinə söykənərək qərar veririk”.

Bahar Muradova vurğulayıb ki, bugünkü müstəqil Azərbaycan dövləti Azərbaycan xalqının ən böyük sərvətidir.

“Biz İslam ölkəsi olaraq dünyəviliyə, müasirliyə istinad etməyimizlə fərqlənirik. Azərbaycan dövləti həm də yerləşdiyi region, mənsub olduğu mədəniyyət və onun daşıyıcıları üçün örnək rolunu oynayır. Biz bütün nailiyyətimizi dünyaya göstərməli və onun müdafiəsində olmalıyıq. Bunu cəmiyyətin bütün üzvləri ilə birlikdə etməliyik”.

Komitə sədri qeyd edib ki, rəhbəri olduğu qurum hər il 8 Mart ərəfəsində bu mövzuda müxtəlif konfranslar keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti