Bakı. Trend:
Azərbaycan və Somali arasında iqtisadi əlaqələrin təşviqi və enerji sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, iqtisadiyyat nazirinin müavini Anar Axundovun Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşü zamanı baş tutub.
Bildirilib ki, görüşdə ikitərəfli iqtisadi əlaqələrin təşviqi və enerji sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.
Qeyd olunub ki, tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafına dəstək məqsədilə təmasların davam etdirilməsinin, eləcə də, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.