...

Qazaxıstan və Azərbaycan humanitar və siyasi əlaqələrin inkişafını hədəfləyiblər

İqtisadiyyat Materials 27 Fevral 2025 19:30 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan humanitar və siyasi əlaqələrin inkişafını hədəfləyiblər
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan və Azərbaycan humanitar və siyasi əlaqələrin inkişafına xüsusi önəm verilməklə əməkdaşlığın aktivləşdirilməsi üçün yeni addımların atılması ilə bağlı razılığa gəlib.

Trend xəbər verir ki, bu, Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Ermuxambet Konuspayevin Azərbaycan Respublikasının səfiri Ağalar Atamoğlanovun görüşündə məlum olub.

Görüşdə tərəflər siyasi dialoqun artan inkişafını, hər iki ölkənin hökumət strukturları, parlamentləri və işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin aktivləşməsi, həmçinin, humanitar təmasların genişlənməsini xüsusi vurğulayıb.

Müzakirələrdə yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi və qarşıdakı rəsmi tədbirlərə hazırlıq kimi məsələlərə xüsusi diqqət ayrılıb.

Görüşün sonunda ikitərəfli əməkdaşlığın bundan sonra da genişləndirilməsinə qarşılıqlı marağın olması təsdiqlənib. Qeyd olunan təşəbbüslərin uğurlu şəkildə həyata keçirilməsi və Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, iki dövlət arasında diplomatik əlaqələr ilk dəfə 30 avqust 1992-ci ildə qurulub. 16 dekabr 1994-cü ildən etibarən Azərbaycanda Qazaxıstan Respublikasının səfirliyi fəaliyyət göstərir. Azərbaycanın Qazaxıstandakı səfirliyi isə 2004-cü ilin mart ayından etibarən fəaliyyətdədir.

2008-ci ilin sentyabr ayından bəri Aktau şəhərində Azərbaycanın Baş Konsulluğu fəaliyyət göstərir. Hər iki ölkə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və TÜRKSOY kimi beynəlxalq qurumların üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti