...

MEMİM-in “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəsinin ilk qonağı jurnalist Vüqar İmanov olacaq

Mədəniyyət Materials 27 Fevral 2025 15:46 (UTC +04:00)
MEMİM-in “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəsinin ilk qonağı jurnalist Vüqar İmanov olacaq
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlayır.

Trend xəbər verir ki, Milli Mətbuat Gününün 150 illik yubileyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir.

Layihə çərçivəsində uzunmüddətli və peşəkar fəaliyyətləri ilə seçilən, həmçinin, mədəniyyət jurnalistikasının inkişafına töhfə verən jurnalistlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır.

“Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı layihənin ilk seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə 2025-ci ilin 4 mart tarixində “Trend” Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri, “Tərəqqi” medalı ilə təltif edilən jurnalist Vüqar Imanovun iştirakı ilə həmin muzeydə təşkil olunacaq.

Vüqar İmanov sözügedən seminarda müasir texnologiyanın sahəyə gətirdiyi müsbət və mənfi cəhətlərdən, milli-mənəvi dəyərlərin təbliğində jurnalistikanın əhəmiyyətindən, mədəniyyət jurnalistikasının indiki vəziyyətindən söhbət açacaq.

Tarix: 04.03.2025

Saat: 11:00

Məkan: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti