...

Prokurorluq orqanlarında 524 qadın işləyir - Aynur Osmanova

Cəmiyyət Materials 27 Fevral 2025 13:42 (UTC +04:00)
Prokurorluq orqanlarında 524 qadın işləyir - Aynur Osmanova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prokurorluq orqanlarında 524 qadın işləyir.

Trend xəbər verir ki, bunu Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova bu gün “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfransda çıxışı zamanı deyib.

"Ümumilikdə prokurorluq orqanlarında işləyən 2 300 nəfərdən 524-ü qadındır", - o bildirib.

Onun sözlərinə görə, pokurorluq orqanlarında çalışan 1310 nəfər prokurorluq işçisinin 127-si, yəni 9,7 faizi qadınlardan ibarətdir: "Həmçinin dövlət qulluğu əsasında çalışan 990 nəfərin 397-si, yəni 40,1 faizi qadınlardır", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti