Bakı.Trend:
Fransanın ən iri avomobil konserlərindən olan “Renault” 15 mindən çox “Renault R5” və “Alpine 290” modelini geri çağırıb.
Trend “Euronews”a istinadən xəbər verir ki, buna səbəb bu modellərdə işə salınma sistemindəki nasazlıqdır.
Şirkət sistemdəki pozuntunun sürücülər üçün ciddi risk yaratmadığını əmin etsə də, hər ehtimala qarşı avtomobillərini servis mərkəzlərində texniki baxışdan keçirməyə çağırıb.
Şirkət müayinə və proqram təminatında aparılan sazlama əməliyyatının sürətli və pulsuz olduğunu əmin edir.