...

“Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfrans keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 27 Fevral 2025 11:11 (UTC +04:00)
“Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfrans keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Konstitusiya və suverenlik” ili çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfrans keçirilib.

Trend xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə hökumət və dövlət nümayəndələri, millət vəkilləri, vətəndaş cəmiyyəti üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, Azərbaycan xalqı heç zaman müstəqillik və suverenlik arzusundan vaz keçməyib.

"Azərbaycan hüquq və qanuna, bərabərlik hüququna əməl edərək vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının təminatını beynəlxalq standartlara əməl edərək həyata keçirib:

Biz bütün fəaliyyətimizdə xalqımızın istəklərinə, dövlətimizin iradəsinə söykənərək qərar veririk. Bugünkü müstəqil Azərbaycan dövləti Azərbaycan xalqının ən böyük sərvətidir.

Biz İslam ölkəsi olaraq dünyəviliyə, müasirliyə istinad etməyimizlə fərqlənirik. Azərbaycan dövləti həm də yerləşdiyi region, mənsub olduğu mədəniyyət və onun daşıyıcıları üçün örnək rolunu oynayır. Biz bütün nailiyyətimizi dünyaya göstərməli və onun müdafiəsində olmalıyıq. Bunu cəmiyyətin bütün üzvləri ilə birlikdə etməliyik", - o əlavə edib.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək qeyd edib ki,130 il lazımdır ki, gender bərabərliyi nisbəti bərpa edilsin.

"Dünyada ümumi işçi qüvvəsində xanımların iştirakçılığının göstəricisi 47 faizdir.

Azərbaycanda bu göstərici 48 faizə bərabərdir. İslandiya 14 ildir, bu sıralamada ilk yerdədir. 500 min xanım dövlət sektorunda çalışır, özəl sektorda çalışan xanımların sayı isə təxminən 330 min nəfərə bərabərdir. Muzdlu işlərdə çalışam 830-850 min xanım var, bu, ümumi muzadla çalışanların 44 faizidir. Özünəməşxulluqda işləyənlərin 40 faizi xanımlardır, onların sayı 10 minə çatır. Peşə hazırlığı sahəsində fəaliyyət gösətərənlərin 60 faizi xanımlardır. Ölkədə işlə təmin olunan hər 3 məfərdən biri xanımdır”, - nazir müavini vurğulayıb.

Öz növbəsində Milli Məclisin deputatı Mübariz Qurbanlı əlavə edib ki, kişi qadını işləməyə qoymursa, onun maaşından qadının pensiya təminatı formalaşdırılmalıdır.

"Elə insanlar var ki, ailə quranda xanımına işləməyə icazə vermir. Bu faktdır və təqaüd məsələsində özünü göstərə bilir. Bu cür hallarda qadın işləmirsə, kişinin əmək haqqından qadının pensiya fonduna vəsait yığıla bilər. Düşünürəm ki, burda qanunsuz heç nə yoxdur və bu məsələni qanunvericiliyə gətirmək olar”, - deyə millət vəkili qeyd edib.

Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Tahir Mirkişili isə bildirib ki, XX əsrdə övlada xərclənən vəsaitə daha çox investisiya kimi baxılıb, yəni hesab edirdilər ki, övlad böyüyəndə valideynə baxmalıdır və qazancını valideynlə bölüşməlidir.

"Lakin dövlət XX əsrin sonlarında insan kapitalının formalaşması məsuliyyətini ailədən alıb öz üzərinə götürdü.

Beləliklə, insan kapitalı cəmiyyətin inkişafına daha çox töhfə verməyə başladı. Bu gün 611 min uşağa 13 adda sosial müavinət ödənilir. Bu isə dövlətin uşaqlarla gördüyü işin sadəcə kiçik bir hissəsidir”, - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti