Bakı. Trend:
Yəqin ki, mayda Milli Məclisdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icra vəziyyətinə dair təqdimat edəcəyik.
Trend xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda hesabatın hazırlanması isitqamətində iş gedir:
“Dövlət komitəsi bu sahəyə cavabdeh, vəzifələri öhdəlikləri olan sahələrə dair informasiyaları toplayıb. Bunlar emal prosesindədir. Bütün statistik rəqəmlər, atılacaq addımlar, hədəfdə görmək istədiyimiz işlər, planlarımız haqqında məlumatları da hesabata daxil edəcəyik”.
Bahar Muradovanın sözlərinə görə, komitə 5 ildir ki, Milli Məclisdə bu qanunun icrasına dair vəziyyəti təqdim edir.