...

Zaxarova "Rus evi"nin və "Sputnik" redaksiyasının bağlanmasından danışdı

Siyasət Materials 27 Fevral 2025 17:15 (UTC +04:00)
Zaxarova "Rus evi"nin və "Sputnik" redaksiyasının bağlanmasından danışdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycanda “Rus Evi” və “Sputnik” redaksiyasının bağlanmasına münasibət bildirib.

Trend xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə deyib.

“Biz bu məsələdə Azərbaycan tərəfi ilə təmaslardayıq. Bu məsələ ilə bağlı mövqeyimizi azərbaycanlı həmkarlarımızın nəzərinə çatdırmışıq. Bizim üçün bu, həqiqətən, önəmli məsələdir, düşünürəm ki, Bakı üçün də elə az önəmli deyil.

Konstruktiv reaksiya gözləyirik, birgə səylər nəticəsində hər iki tərəf üçün məqbul olan çözümə nail olacağıq. Biz inanırıq ki, tərəfdaşlarımız öz növbəti addımlarında məhz Rusiya Azərbaycan arasındakı münasibətlərin müttəfiq səciyyə daşımasını rəhbər tutacaq və ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrə, çoxtərəfli əlaqələrə ziyan vurmaqdan çəkinəcəklər", - o qeyd edib.

Zaxarova bildirib ki, Rusiya tərəfi irəli sürülən arqumentləri tam şəkildə anlayır.

“Bəli, əlbəttə ki, qanun elə qanundur, bunu heç kim mübahisələndirmir. Amma hər zaman qarşılıqlı məqbul həll yolu tapmaq, vəziyyətin həll edilməsi, nizamlanması üçün imkan tapmaq mümkündür”, - deyə o əlavə edib.

Xatırladaq ki, Rusiyaya məxsus informasiya-mədəniyyət mərkəzi – Azərbaycandakı “Rossotrudniçestvo” nümayəndəliyi olan “Rus evi”nin hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi və Azərbaycanın qanunvericiliyini pozduğu barədə Rusiya tərəfi məlumatlandırıldıqdan sonra, 3 fevral 2025-ci ildə Rusiya tərəfinə “Rus evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı nota göndərilib.

Daha sonra “Rossiya Seqodnya” (Sputnik) agentliyinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti