...

Kişi qadını işləməyə qoymursa, onun maaşından qadının pensiya təminatı formalaşdırılmalıdır - Deputat

Cəmiyyət Materials 27 Fevral 2025 13:30 (UTC +04:00)
Kişi qadını işləməyə qoymursa, onun maaşından qadının pensiya təminatı formalaşdırılmalıdır - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kişi qadını işləməyə qoymursa, onun maaşından qadının pensiya təminatı formalaşdırılmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı “bu gün Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfransda çıxışı zamanı deyib.

Deputat bildirib ki, elə insanlar var ki, ailə quranda xanımına işləməyə icazə vermir.

“Bu faktdır və təqaüd məsələsində özünü göstərə bilir. Bu cür hallarda qadın işləmirsə, kişinin əmək haqqından qadının pensiya fonduna vəsait yığıla bilər. Düşünürəm ki, burda qanunsuz heç nə yoxdur və bu məsələni qanunvericiliyə gətirmək olar”, - deyə millət vəkili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti