...

Azərbaycanla Somali arasında neft-qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 27 Fevral 2025 12:29 (UTC +04:00)
Azərbaycanla Somali arasında neft-qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov ilə Somali Federativ Respublikasının neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında görüş olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun bu yaxınlarda Azərbaycana səfəri və bu zaman imzalanmış sənədlərin iki ölkə arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına və ikitərəfli əlaqələrin bir çox sahələrdə inkişafına təkan verən rolundan bəhs edilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyəti vurğulanıb.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz, bərpa olunan enerji sahələrində həyata keçirdiyi layihələr, xüsusilə enerji resurslarının dünya bazarlarına şaxələndirilmiş marşrutlarla nəqli üzrə təcrübəsi, həmçinin enerji sektorunda aparılan islahatlar barədə məlumat verib. Bu səfərin nəticələrinin ikitərəfli əlaqələrin enerji sahəsində inkişafına əlavə bir dəstək verəcəyini deyən nazir ölkələrimizin zəngin təcrübə və potensialı əsasında gələcəkdə faydalı əməkdaşlığın qurulacağına inamını ifadə edib.

Somalili nazir Dahir Shire Mohamed isə ölkəsinin Azərbaycanın enerji sahəsində liderliyini yüksək qiymətləndirərərək deyib ki, Azərbaycana səfərlərimiz ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır, çünki biz inkişaf üçün burdayıq. Biz iki qardaş ölkə üçün yeni bir qapı açırıq.

Görüş zamanı Somalidən olan tələbələrin Azərbaycanda neft sahəsində ixtisaslaşmış ali məktəblərdə təhsili ilə bağlı da fikir mübadiləsi aparılıb.

Yekunda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandum neft və qaz sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsini, hər iki ölkədə keçiriləcək müvafiq tədbirlərdə iştirakı, eləcə də birgə seminarlar, forumların keçirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti