Bakı. Trend:
Cəbrayıl rayonunun Soltanlı, Şükürbəyli kəndlərində və Cəbrayıl şəhəri ərazisində yeni kəhrizin tikilməsi nəzərdə tutulur
Trend xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva bu gün Zəngilan şəhərində İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2024-cü ildə Horovlu kəndində beş kəhriz bərpa edilib:
"Kəhrizlərin yenidən qurulması və bərpası önəmli məsələdir. Çünki onlar yeni su mənbələridir. Mən xüsusi qeyd etmək istərdim ki, Horovluda sözügedən kəhrizlər regionda bərpa olunan yeganə kəhrizlərdir. Həmin kəhrizlər ümumi Horovlu kəndinin su ehtiyatını ödəyə bilər".