Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycan partlayıcı maddələrin (pirotexnika məmulatları, kibritlər, pirofor ərintilər, bəzi yanar maddələr) idxalına çəkdiyi xərci 794 min ABŞ dollarına endirib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə, 809 min ABŞ dolları və ya 2 dəfə azdır.
Belə ki, ötən ilin ilk ayında Azərbaycanın partlayıcı maddələrin idxalına çəkdiyi xərcin həcmi 1,6 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu məhsulların ümumi idxalda payı 0,04%-ə bərabər olub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7 milyon ABŞ dolları və ya 70,5% çoxdur. Ötən ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2 milyard 986,1 milyon ABŞ dolları idi.
Ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın, 2 milyard 52 milyon dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1 milyard 195 milyon dollar (64,8%) və 910 milyon dollar (79,7%) çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.