...

Mədəniyyət sahəsində özəl sektorla birlikdə həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır - Nazir müavini

Mədəniyyət Materials 28 Fevral 2025 16:47 (UTC +04:00)
Mədəniyyət sahəsində özəl sektorla birlikdə həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət səviyyəsində hər zaman mədəniyyətimizin inkişafı milli mədəniyyət siyasətinin qayəsində dayanır.

Trend xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu gün bp-nin şair Məhəmməd Füzulinin 530 illik yubileyinə töhfəsi olan iki cildlik kitab təqdimatı zamanı deyib.

O bildirib ki, bu siyasətin əsasını mədəniyyətimizin yalnız mühafizəsi və müdafiəsi deyil, gənc nəslə zəngin irsimizin aşılanması, mədəniyyətimizin ölkə daxilində və ölkə xaricində təbliği təşkil edir:

"Düşünürəm ki, özəl sektorla birlikdə həyata keçirilən bu cür layihələr xüsusi əhəmiyyət kəsb edir.

Ötən il keçirilən Bakı Beynəlxalq Kitab sərgisinin Füzuli yaradıcılığına, irsinə həsr olunması, eyni zamanda xaricdə keçirilən bir çox mədəniyyət günləri, Özbəkistan, Qətər, Qazaxıstan və Türkiyədə bu yaradıcılığın geniş şəkildə təqdimatının keçirilməsi Azərbaycan mədəniyyətinin beynəlxalq arenalarda təbliği baxımından xüsusi əhəmiyyət kəsb etmişdir".

"Bu da bir daha onu göstərir ki, dövlət tərəfindən daim mədəniyyətimizə və ədəbiyyatımıza xüsusi yanaşma var. Mədəniyyətimizin təməlində heç şübhəsiz ki, ədəbiyyatımız durur. Ədəbiyyatımız mədəniyyətin bütün sahələrinin inkişafında həm yazılı mənbə, həm də ona təkan verən bir qüvvə kimi çıxış edir", - deyə F. Cəfərov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti