Bakı. Trend:
Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq.
Trend xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı keçirilən brifinqdə Ailə, Qadın və Uşaq Problemləri Üzrə dövlət komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, zorakılıq hallarının ailə içində baş verməsi çox təhlükəlidir.
"Belə halların baş verməsi bütün dünyada var. Amma bizim əsaslandığımız mənəvi kriteriyalarımız var. Hər şey burdan qidalanmalıdır. İstənilən cinayət halına yol vermiş şəxs heç nədən çəkinmir. Onunçün heç bir halların əhəmiyyəti yoxdur, nə doğmalıq, nə qohumluq əlaqələri. Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq",- deyə o əlavə edib.