...

Peşə məktəblərində oxuyan keçmiş məcburi köçkünlərə təqaüd verilməsi TƏKLİF EDİLİR

İqtisadiyyat Materials 28 Fevral 2025 12:46 (UTC +04:00)
Peşə məktəblərində oxuyan keçmiş məcburi köçkünlərə təqaüd verilməsi TƏKLİF EDİLİR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Peşə təhsilinə keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili xatırladıb ki, zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı isə 10 mindən çoxdur.

“2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə daimi məskunlaşanların sayı 10 270 ailəyə çatacaq. Bu o deməkdir, bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 40 mindən çox keçmiş məcburi köçkün məskunlaşacaq. Gələn ilin sonunadək isə azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşması gözlənilir”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti