...

Bakı Bəyannaməsində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaları ilə bağlı çağırış edilib - Sahibə Qafarova

Siyasət Materials 28 Fevral 2025 11:14 (UTC +04:00)
Bakı Bəyannaməsində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaları ilə bağlı çağırış edilib - Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Asiya Parlament Assamblayeasının 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Spiker xatırladıb ki, fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assamblayeasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib.

"APA-nın qəbul etdiyi Bakı Bəyannaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib", - deyə sədr bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti