...

Azərbaycandan Suriyaya göndərilən humanitar yardım Hələbdə paylanılıb (FOTO)

Siyasət Materials 28 Fevral 2025 11:18 (UTC +04:00)
Azərbaycandan Suriyaya göndərilən humanitar yardım Hələbdə paylanılıb (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan Suriyaya göndərilən humanitar yardım Hələbdə paylanılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı Səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması aksiyasında Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi iştirak edib", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, ötən il dekabrın 30-u Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir. Azərbaycan Respublikasının qardaş Suriya xalqına təqdim etdiyi 200 ton humanitar yardımdan 8 min məcburi köçkün ailəsi yararlanıb ki, bu da öz növbəsində, 32 min-40 min arası insan deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti