...

Bakıda bu yolda sürət həddi endirildi

Cəmiyyət Materials 28 Fevral 2025 20:50 (UTC +04:00)
Bakıda bu yolda sürət həddi endirildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qarlı hava şəraiti səbəbindən hazırda paytaxtın 10-a yaxın küçə və prospektində nəqliyyat sıxlığı müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

"Xüsusilə də nəqliyyatın intensiv olduğu yollarda hərəkət çətinləşib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

Bu məqsədlə Zığ şosesi-Hava Limanı yolunda sürət həddi 20/km saat endirilib. Məlumat-sürət tablolarında “buzlu yol” işarəsi qoyulub. Digər yollarda da sürət həddinin endirilməsi istisna edilmir. Sürücülərdən ara məsafəsi saxlamaları, yüksək sürətlə hərəkət etməmələri tövsiyə olunur", - mərkəzdən bildirilib.

Xəbər lenti

Xəbər lenti