Bakı. Trend:
20 yaşlı hücumçu "Yaşıllar"la 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb.
Trend xəbər verir ki, "Palmeyras"ın Rokenin transferi üçün 25 milyon avro və əlavə 4,5 milyon avro bonus ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Vitor Roke ötən ilin yayında "Barselona"ya transfer olunmuşdu. O, yaydan etibarən icarə əsasında "Betis"də çıxış etmiş və 33 oyunda 7 qol, 2 ötürmə ilə yadda qalmışdı.