...

ABŞ-dən faydalanmağa imkan verməyəcəyik - Ağ Ev

Dünya xəbərləri Materials 1 Mart 2025 01:35 (UTC +04:00)
ABŞ-dən faydalanmağa imkan verməyəcəyik - Ağ Ev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Donald Tramp administrasiyası digər ölkələrin ABŞ-dən faydalanmasına imkan verməyəcək.

Trend xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

Sənəddə bildirilir: “Prezident Donald Tramp və vitse-prezident J.D. Vens həmişə Amerika xalqının və Birləşmiş Ştatların dünyadakı yerinə hörmət edənlərin maraqlarını müdafiə edəcək və heç vaxt kiməsə Amerika xalqından sui-istifadə etməyə imkan verməyəcək”.

Bundan əvvəl, Vladimir Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Jurnalistlərin iştirakı ilə keçirilən söhbət zamanı onların arasında şifahi mübahisə yaranıb və bu zaman Tramp Zelenskiyə ABŞ-yə qarşı hörmətsiz münasibətini göstərib, Vens isə Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib.

Görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edilib və Tramp "Truth Social" platformasında Zelenskinin Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək istəmədiyini və hörmətsizlik göstərdiyini vurğulayan bəyanat yayımlayıb.

Xəbər lenti

Xəbər lenti