...

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə küləkli hava ilə bağlı xəbərdarlıq edib

Cəmiyyət Materials 1 Mart 2025 02:20 (UTC +04:00)
Dövlət Dəniz və Liman Agentliyi gəmilərə küləkli hava ilə bağlı xəbərdarlıq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edib.

Trend xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa görə, martın 1-də Xəzər dənizi akvatoriyasında şimal-qərb və şimal küləyinin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə gecə və səhər saatlarında 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3.5-5.5 metrə çatacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti